Bismillahir Rəhmanir Rəhim.
Qədirov Saməddin Aydın oğlu 2000-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Doğulandan bəri uşaq psixo-fiziki inkişafdan geri galmağa başlayır. Və o “encefalopiya”, döş qəfəsinin (sağ tərəfli) xəstəliyindən əziyyət çəkməyə başlayır. Uşaq çox xəstəxanalara aparılıb amma ona əlac tapılmayıb. Hətta köməkləşib Saməddini biz Rusiya Federasiyasına belə aparsaqda, orda da ona əlac tapılmadı.
Amma cox şükürlər olsun ki indi Saməddinin dərdinə “N.Tusi adına klinika”da əlac var. Həkimin bizə dediyinə görə uşaq iki dəfə əməliyyat olunmalıdır. Bunun üçün 45-50 min manat pul lazımdır. Amma bizim bu pula imkanımız yoxdur. Oğluma köməklik edə bilmədiyimə görə çox üzülürəm . Amma onun gündə Allah-təalaya sitayiş etməsi mənim ümüdümü üzmür. Saməddin Allah-təalanın izni ilə Məşəd ziyarətində də olub. Arzusu sağalıb o biri ziyarətlərədə getməkdir.
|
|