Bu səhnələri görüb qəribə hisslər yaşamamaq və kədərlənməmək qeyri mümkün idi. Təxminən 200 yaşlının görüşünə gələnlər onlar üçün uzun zaman xatirələrindən silinməyəcək mənəviyyat dolu bir mərasim qurmuşdu.
Tədbir müqəddəs kitabımız Qurani-kərimin tilavəti ilə başladı. Mərasimin apracısı Xanım Fatimənin (s.ə.) fəzilət və məqamı barədə qısaca məlumat verdikdən sonra sözü “Xeyriyyəçilər Klubu”nun əməkdaşına və “İslam Həqiqətləri qəzeti ”nin redaktoru Əli Nura verdi. Hər iki natiq Qocaları salamlayıb müqəddəs bayram münasibəti ilə təbrik edərək, onlara uzun ömür, can sağlığı və xoş günlər arzu etdilər.
“İslam Həqiqətləri qəzeti” nin redaktoru öz qısa və dolğun çıxışında dinimizin qocaya verdiyi dəyər və onlara göstərilməsi zəruri olan dəyərdən söz açdı. Daha sonra tədbirdə iştirak edən dini qruplardan “Azərbaycan”, “Əhli-Beyt” və “Kövsər” öz gözəl, unudulmaz və mənəviyyat dolu ifaları ilə Qocaların və qonaqların qəlblərini oxşayaraq dərin izlər qoydular. Mərasimdə iştirak edən Əhli-Beyt şairlərindən olan Oxtiyar da qələmə aldığı şerləri ilə çıxış etdi. Sonda xeyriyyə məqsədi ilə Allah yolunda toplanılmış vəsait vasitəsi ilə qocalara bayram süfrəsi verildi. Və sonda bütün gələn qonağlara öz təşəkkürümüzü bildiririk, Allah-təala sizdən razı olsun. Amin.
Şəkillərin hamısı burada