İyun ayının 27-si “Xeyriyyəçilər Klubu” Bakının Şağan qəsəbəsində yerləşən “Əlil və xüsusi qayğıya ehtiyacı olan uşağlar evi”ni ziyarət etdilər. Bu səfər həmdə İslam Peyğəmbərinin (s) əzizi, Möminlərin əmiri Həzrət Əlinin (ə) mövludu ilə üst-üstə düşmüşdü. Səfər etməyin səbəbi valideyin nankorluğu nəticəsində isti yuvalarından rəhimsizcəsinə uzaqlaşdırılmış və qayğıdan kənar qalan fidan balalara baş çəkib bu mübarək mövlud ərəfəsində onları sevindirmək idi.
Qeyd edək ki, təmir ilə əlaqədar “3 saylı internat”da həmçinin “7 saylı internat”ın “əlil uşaqlar”ı da qalırlar. Bir sözlə 230 nəfər uşağa sevinc bəxş edildi. Xeyriyyə məqsədi ilə Allah-təala yolunda toplanılmış vəsait vasitəsi ilə körpələrə bayram süfrəsi verildi. Demək olar ki, Allah-təalanın izni ilə qarşıya qoyulan məqsədə çatmaq mümkün oldu.