|
 |
| xeyriyyəçilər klubu |
Biz Kimsəsiz Uşaqlara və Qocalara yardım “Xeyriyyəçilər klubu” olaraq sizləri salamlayırıq. Artıq bir neçə vaxtır ki, biz ətrafımızdaki müxtəlif peşə və ixtisas sahibi olan gənclərimizlə kimsəsizlərə baş çəkir, dərdlərinə şərik olur, bir neçə saatlıq da olsa onlara mənəvi cəhətdən sevinc bəxş etmək istəyirik.
Bizim qarşımıza qoyduğumuz əsas qayə, indiki fidan körpələrimizin düzgün tərbiyəsinə, dünya görüşünə, mənəvi saflığına, düzgün maariflənməsinə, özlərini sərbəst və xoşbəxt hiss etməsinə az da olsa kömək etməkdir. Ulu öndərimiz Heydər Əliyevin bir sözü heç vaxt unudulmayacaq.
O deyirdi ki: “Körpələrimiz bizim sevincimiz və Gələcəyimizdir! Onların düzgün tərbiyəsi və savadı nəticəsində Azərbaycanın sabahı işıqlı olacaq! Övladlarınıza qayğı göstərin və onları sevin!” .
Təsadüfi deyil ki, elə bizim “Xeyriyyəçilər klubu”nun ilk starta başladığı gün məhz Heydər Əliyevin doğum gününə təsadüf edir. Və biz 2007-ci il, may ayının 10-da 1 yaşımızı bu gözəl tarixdə qeyd etdik. |
 |
Bu illər ərzində Vətənimizin müxtəlif ərazilərində yerləşən kimsəsiz Qoca və Uşaqlarla görüşdük, onlarla birgə sevindik. Hər birinin istedadını, bacarığını, savadını sinadıqca müsbət nəticələr könlümüzü xoş edirdi. Onlar nə qədər kədərli olsalar da yenə ümid çırağının əlaməti olan bir parıltını duyduq onların gözlərində.
Bu parıltını gördükcə, qəlbimizdə bir sevinc hissi oyanırdı ki, Azərbaycanımızın gələcəyi İnşallah, parlaq olacaq. Çünki biz hamımız Azərbaycanın parlaq gələcəyi, sağlam gəncliyin yetişməsi, və insan hüquqlarının qorunub saxlanması uğrunda çalışırıq.
Arzulayırıq ki, Allah-təalanın izni ilə klubumuz neçə belə on illər fəaliyyət göstərsin və öz xeyirxah əməllərimizlə çox qapılar döyək və ehtiyacı olanlara dəstək olaq! |
|
| |
|
|
|
|
|
| |
|